Türkiyədə xəstəxananın qarşısında terror aktı törədilib, yaralananlar var

10-08-2016, 22:02           
Türkiyədə xəstəxananın qarşısında terror aktı törədilib, yaralananlar var
Türkiyənin Mardin şəhərində, Kızıltepe Rayon Dövlət Xəstəxanasının qarşısında terror aktı törədilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi sırasında uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb.

Məlumata görə, partlayış nəticəsində avtomobildə olan xeyli sayda polis və ətrafdakı mülki vətəndaşlar yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar göndərilib. Ərazidə silah səslərinin duyulduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru