15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra aparılan istintaq əməliyyatları nəticəsində daha 648 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə Hakimlər və Prokurorlar Yüksək Qurumunun 6-cı dairəsi qərar verib.
Qeyd olunur ki, qurum avqustun 11-də 2 min 851 hakim və prokurorun vəzifəsindən azad olunması məsələsini müzakirə edəcək. (qafqazinfo)