‘Pan-Türkist məhkumlar’ üçün mahnı söyləməkdə ittiham olunan repçi Təbriz həbsxanasına göndərilib

6-06-2024, 15:04           
‘Pan-Türkist məhkumlar’ üçün mahnı söyləməkdə ittiham olunan repçi Təbriz həbsxanasına göndərilib
Siyasi fəal və repçi Milad Cəlinin (Elşən) daha əvvəl məhkum olduğu səkkiz aylıq həbs cəzasını çəkmək üçün çərşənbə günü Təbriz həbsxanasına göndərildiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, iyun ayının 5-də məhkəmənin icra şöbəsinə müraciət edən sənətçi oradan Təbrizin mərkəzi həbsxanasına göndərilib.

Təbriz İnqilab Məhkəməsi bir müddət əvvəl Milad Cəlilini “pan-türkist və bölücü məhkumlara dəstək məqsədilə rep musiqisi ifa edərək İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə mühakimə edərək onu 8 ay həbsə məhkum etmişdi. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin isə ilkin hökmü eynən qüvvədə saxladığına dair qərarını aprel ayının son günlərində açıqlayıb.
Milad Cəlili 2023-cü ilin noyabr ayında Təbrizdə kəşfiyyat qurumunda sorğu-sual edilən türk fəallara dəstək olaraq ifa etdiyi mahnıdan dolayı saxlanılıb və 2 aydan artıq nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru