Türk diplomat Azərbaycandan qaçdı - 15 iyul hadisələri ilə bağlı
2-09-2016, 21:28
Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra XİN tərəfindən ölkəsinə geri çağırılan 30 diplomat hazırda axtarışdadır.
Hafta.az xəbər verir ki, Türkiyə KİV-də adı çəkilən diplomatlar arasında bu ölkənin Azərbaycandakı səfirliyində üçüncü katib olaraq çalışan Mehmet Beyazıt Dişlinin də adı var.
O, adıçəkilən digər 29 məsləkdaşı kimi 15 iyul olayları zamanı mərkəzə getməkdən imtina edib. Heç bir əsas göstərilmədən Türkiyəyə dönməyən və xidmətdə olduqları ölkədən başqa ölkəyə qaçan fərari diplomatlar vəzifələrindən azad ediliblər.