Türkiyə təhlükəsizlik gücləri Van vilayətinin Çaldıran mahalında PKK terror təşkilatına qarşı əməliyyatda ağır itki verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK terrorçuları ilə silahlı qarşıdurmada 8 hərbçi şəhid olub, 8-i yaralanıb.
“2 sentyabr 2016-cı il tarixində baş verən qarşıdurmada 1 leytenant, 2 ehtiyat zabit və 5 çavuş olmaqla 8 hərbçimiz şəhid olmuş, 8 hərbçi yaralanıb”, - Van valiliyindən verilən yazılı açıqlamada deyilir.
Türkiyə hava qüvvələrinə aid döyüş təyyarələrinin Tendürək bölgəsində təşkil etdiyi əməliyyatda 13 PKK üzvü məhv edilib.