“Dövlət sərhədimizi pozan istənilən şəxsə atəş açılacaq” – Baş nazir

8-09-2016, 22:53           
“Dövlət sərhədimizi pozan istənilən şəxsə atəş açılacaq” – Baş nazir
Binəli Yıldırım: Türkiyə sərhədinin qanunsuz keçişı təcavüz sayılacaq

“Türkiyə öz sərhədyanı keçid məntəqələrini gücləndirəcək və ölkə ərazisinə Nəzarət Buraxılış Məntəqəsindən kənar istənilən keçişə cəhd təcavüz aktı kimi dəyərləndiriləcək”.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım 81 əyalətin valisi ilə görüşdə vurğulayıb.

“Terrorçuluğa qarşı mübarizəmiz yeni mərhələyə keçib. Biz müdafiədən hücuma keçmişik. Səbəbindən asılı olmayaraq, türk sərəhədçiləri dövlət sərhədimiz pozan istənilən şəxsə atəş açacaq”, – deyə baş nazir diqqətə çatdırıb.
O, ilk növbədə, terrorçu PKK, İŞİD kimi qruplaşmalara qarşı daha sərt və qəti mübarizə aparacaqlarını deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.