Almaniyalı deputatların “İncirlik” bazasına getməsinə – İcazə verilib

8-09-2016, 22:58           
Almaniyalı deputatların “İncirlik” bazasına getməsinə – İcazə verilib
Mövlud Çavuşoğlu: Almaniya Türkiyənin bütün şərtlərinə əməl edib

“Almaniya Türkiyənin bütün şərtlərinə əməl edib və bundan sonra almaniyalı deputatların İncirlikdəki hərbi bazaya getməsinə heç bir maneə yoxdur”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanında olan həmkarı Adel əl-Cubeyrlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfarsnında bildirib.
“Biz təhlükəsizlik baxımından Almaniya Bundestaqı (parlamenti) təhlükəsizlik komissiyası üzvlərinin “İncirlik” hərbin bazasına getməsin icazə vermirdik. Bunun səbəbi parlamentin “erməni soyqırımı”nı tanıması idi. Bazaya getmək üçün şərt irəli sürmüşdük. İndi Almaniya həmin şərtlərə əməl edib”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Bir müddət əvvəl Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer demişdi ki, Bundestaqın “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil: “Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur”.
Xatırladaq ki, bu il iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib. Bundan sonra Almaniya bundestaqının deputatları “İncirlik” hərbi bazasına getmək istədiklərini bidlirmişdilər. Lakin onların istəyi reallaşmamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.