Türkiyəli iş adamının 18 şirkəti müsadirə edilib –FETÖ-nü maliyyələşdirdiyinə görə

9-09-2016, 13:51           

Türkiyənin tanınmış iş adamı Akın İpeyin ("Koza-İpek holding") 18 şirkəti müsadirə edilib.

Qərara əsasən, 10 milyard dollarlıq şirkətlərin əmlakı Əmanət Haqqı Sığorta Fondunun hesabına köçürülüb. Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədar Akın İpeyin tutulması barədə qərar çıxarılıb. Hazırda onun axtarışda olduğu bildirilir.

Akın İpek FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinir. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.