Türkiyə sərhədi terrorçulardan təmizləndi - Açıqlama
11-09-2016, 02:54
Türkiyə sərhədi İŞİD və PYD-dən təmizlənib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Veysi Kaynak deyib.
O bildirib ki, 800 kilometrlik ərazi terrorçulardan təmizlənib:
“Qaziantepdəki hücumdan sonra Türkiyə tankları Cerablusa daxil oldu. Sadəcə 3 gün ərzində Cerablus İŞİD-dən təmizləndi. Hazırda əməliyatın 15-ci günüdür”.
Kaynak onu da əlavə edib ki, beynəlxalq qüvvələrin əsas məqsədi İŞİD-i məhv etmək deyil, Suriyadan türkman, ərəb, sünni kürdləri sürgün etməkdir.