Türkiyədə azərbaycanlı yaxta ilə balıqçı qayığını batırdı, 2 nəfər öldü
12-09-2016, 12:29
Türkiyənin İzmir bölgəsinin Dikili qəsəbəsi sahillərində Azərbaycan vətəndaşı tərəfindən idarə olunan 11 metrlik sürət yaxtası içərisində 4 nəfərin olduğu balıqçı qayığını vurub və batırıb.
Virtualaz.orgTürkiyə KİV-lərinə istinadən xəbər verir ki, ABŞ bayrağı altında üzən yaxta balıqçı qayğını vurduqdan sonra hadisə yerindən uzaqlaşıb. Qayıqdakı 4 nəfərdən ikisi boğulub, iki nəfər xilas edilib.
Hadisədən sonra sahil mühafizə qüvvələri Çanakkala Ayvalık qəsəbəsi, Küçükkuyu sahillərində həmin yaxtanı aşkar edib. Sahil mühafizə qüvvələrinin dalğıcları limanda lövbər salmış yaxtanın altına baxış keçirərkən onun bərk cismlə toqquşduğunu və pərlərindən birinin sındığını müəyyən ediblər. Yaxtadakı Ö.Z. və Azərbaycan vətəndaşı F.A. hadisəni törətdiklərini etiraf edərək deyiblər ki, sürətlə hərəkətdə olarkən yaxtanın hansısa bərk cismlə toqquşduğunu eşidiblər, ancaq yorğun olduqlarından geri qayıdıb həmin cismin nə olduğunu ayrıd etməyiblər. Həmin şəxslər həbs olunub.