“Kürdlər Mosula gəlməsin”

12-09-2016, 12:36           

Kürdlər və peşmərgələr Mosula yaxınlaşmamalıdır.

Axar.az xəbər verir ki, bunu Haşdi Şabi qruplaşmasının sözçüsü Kərim Nuri deyib.

O, Şenqal, Mahmur və Başika bölgələrinin Kürdüstanın nəzarətinə keçməsinə icazə verməyəcəklərini bildirib:

“Mosulda kürdlərə və peşmərgəyə ehtiyacımız yoxdu. Onların Mosula gəlməməsini tövsiyə edirik. Çünki Mosula yaxınlaşmaq atəşlə oynamaq kimidir. Haşdi Şabinin dəstəyi olmadan İŞİD məhv edilə bilməz”.

Qeyd edək ki, Haşdi Şabi qruplaşması İraqın hökumət qüvvələri ilə birlikdə terrorçulara qarşı mübarizə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.