PKK lideri Abdulla Öcalanın yeni mesajı açıqlanıb

12-09-2016, 20:54           
PKK lideri Abdulla Öcalanın yeni mesajı açıqlanıb
Ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın yeni mesajı yayılıb.

APA-nın milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, bununla bağlı dünən həbsxanada A. Öcalanla görüşən qardaşı Mehmet Öcalan mətbuata açıqlama verib.

M. Öcalan “Qardaşım dedi ki, bizim planlarımız var, əvvəlki prosesi biz bitirmədik. Altı ay ərzində problemi həll edərik. Bu kor bir savaşdır, artıq qanlar, gözyaşları dayansın”, deyə bildirib.

O, qardaşının səhhətinin yaxşı olduğunu, hər hansı probleminin olmadığını da deyib.

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana Qurban bayramı ilə bağlı ailə üzvləri ilə görüşməyə icazə verib.

A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.