FETÖ-nün necə təşkilatlanması məlum oldu - Dünyanı 8 qitəyə bölüb
14-09-2016, 12:43
Türkiyədə iyulun 15-i dövlət çevrilişinə cəhd edən FETÖ qruplaşmasının dünyada və Türkiyədə necə təşkilatlanmasına dair faktlar əldə edilib.
“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, FETÖ-nün rəhbəri Fətulla Gülən “kainat imamı” olaraq göstərilib.
Təşkilat dünyanı 8 qitəyə bölüb: Avropa, Şimali Amerika, Cənubi Amerika, Asiya, Orta Asiya, Sakit okean, Yaxın Şərq və Afrika. FETÖ Avropanı da Qərbi Avropa, Balkanlar və keçmiş Şərq Bloku ölkələrinə bölərək hər birinə 3 imam yerləşdirilib.
ABŞ-Kanada və Cənubi Amerikada 2 imam fəaliyyət göstərir.
Asiyada türk dövlətləri, Uzaq Şərq, Yaxın Şərq və Rusiya respublikalarına 4 imam, Afrikada isə 1 imam yerləşdirilib.