Türkiyədə bu da oldu: - AKP-nin namizədi güllələnərək öldürüldü
14-09-2016, 19:05
1 noyabr seçkilərində Türkiyənin Hakkari vilayətində AKP-dən namizəd göstərilən siyasətçi Əhməd Budak silahlı hücum nəticəsində ağır şəkildə yaralanıb.
Avropa.info xəbər verir ki, alınan bütün tibbi tədbirlərə baxmayaraq Şəmdinli Dövlət Xəstəxanasına aparılan siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən şəxslərin hadisə yerindən qaçmasından sonra təhlükəsizlik qüvvələri cinayətkarların ələ keçirilməsi üçün əməliyyata başlayıb.