Böyük Britaniyanın Türkiyədəki səfirliyi bağlanır

15-09-2016, 23:43           
Böyük Britaniyanın Türkiyədəki səfirliyi bağlanır
Böyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik səbəbindən sabah bağlı olacaq.
Bu barədə bəyanat səfirliyin Twitter səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Türkiyədəki bir çox diplomatik nümayəndəliklər kimi Böyük Britaniya səfirliyi də sentyabrın 12-dən 15-ə qədər Qurban bayramı ilə əlaqədar fəaliyyətini dayandırmışdı. Bu gündən isə diplomatik nümayəndəlik işini bərpa etməli idi.
Bu arada alman mətbuatı məlumat yayıb ki, Almaniya XİN yeni terror aktı ilə bağlı siqnal alıb, bu səbəbdən Almaniyanın Türkiyədəki səfirliyi də bu həftənin sonuna qədər bağlı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.