Gerasimovun Türkiyə səfərində maraqlı an –Hulusi Akar rus heyətə xəbərdarlıq etdi (FOTOLAR)

16-09-2016, 00:46           

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Türkiyəyə səfər edib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, ordu generalı paytaxt Ankarada türkiyəli həmkarı Hulusi Akar tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Mərasimdə diqqət çəkən bir məqam isə Akarın rusiyalı heyətə xəbərdarlıq etməsi olub. Belə ki, Akar nümayəndə heyətinin müşayiəti dayandırmasını tələb edib. Bundan sonra Gerasimov hərbçiləri salamlayıb.

Kritik səfərdə Baş Qərargah rəislərinin Suriyadakı əməliyyatları müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Gerasimov Türkiyə səfərindən bir gün öncə Qara dənizdəki Rusiya donanmasının gücləndiyinə işarə edərək, “Bir zamanlar Türkiyənin hardasa, Qara dənizin ağası olduğu söylənirdi. Artıq hər şey dəyişdi”, – demişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.