ABŞ əsgərləri Türkiyənin əməliyyatından qovuldu - Video
16-09-2016, 21:45
Azad Suriya Ordusu (ASO) Suriyanın Çobanbəy bölgəsinə gələn ABŞ əsgərlərini qovub.
Axar.az xəbər verir ki, Türkiyənin ASO ilə birgə keçirəcəyi "Əl Bab əməliyyatı" üçün yardıma gələn ABŞ əsgərləri etirazla qarşılanıb. Etiraz qarşısında amerikalı əsgərlər geri çəkiliblər.
Qeyd edək ki, bu gün Türkiyə ordusu Azad Suriya Ordusu (ASO) ilə birgə “Fərat qalxanı”nın 3-cü mərhələsi hesab edilən “Əl Bab əməliyyatı"na başlayıb.
Bölgənin İŞİD-dən azad edilməsi üçün 200 türk əsgəri və 2500 ASO döyüşçüsü əməliyyatlara qoşulub.