Mövlud Çavuşoğlu:“İki ölkə arasında hazırda etimad mövcuddur”
23-09-2016, 09:41
Moskva və Ankara arasında Suriya ilə bağlı yaxşı əməkdaşlıq mövcuddur. Bunu “RİA Novosti”yə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Rusiya ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var. Bu o demək deyil ki, biz həmişə razılaşırıq. Lakin, əvvəllər ciddi fikir ayrılığı olan məsələlər üzrə hazırda yaxşı dialoq mövcuddur”, – deyə Çavuşoğlu Moskva və Ankara arasında Suriyaya dair əməkdaşlıqla bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, dialoq açıq və səmimi şəkildə aparılır: “Mübadilə etdiyimiz informasiya böhran yaranacağı təqdirdə çox vacibdir. İki ölkə arasında hazırda etimad mövcuddur. Siyasi səviyyədə – nazirliklər kəşfiyyat səviyyəsində müxtəlif əlaqələndirmə mexanizmləri mövcuddur. Bu mexanizm çox effektiv olub”, – deyə Çavuşoğlu qeyd edib. (APA)