Ərdoğandan Suriya siqnalı – Daha da qabağa gedəcəyik

23-09-2016, 09:44           
Ərdoğandan Suriya siqnalı – Daha da qabağa gedəcəyik
ABŞ-dakı Türk cəmiyyətinin nümayəndələriylə görüşən prezident Ərdoğan “Fırat Qalxanı” əməliyyatı haqqında danışıb.

Moderator.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan New-Yorkda Türk cəmiyyətinin nümayəndələri ilə görüşüb. Burada çıxış edən Ərdoğan, “Fırat Qalxanı” əməliyyatını da qiymətləndirib.

Əməliyyatla əlaqədar “bitmədi” ifadəsini istifadə edən Ərdoğan, daha da cənuba gedəcəkləri siqnalını verib.

Ərdoğan mövzuyla əlaqədar bunları söyləyib:

“Suriyada yaşanan faciə dünyanın gözü qarşısında baş verir. Həmişə səbr etdim, nə oldu? Qaziantepdə 14 yaşında bir uşağın gövdəsinə bombaları bağladılar və uşağı bir xına mərasiminə saldılar. Və uşaq da Messinin formasını geyib, daha sonra bombanı partladıb. Nəticədə 56 nəfər ölüb, 100-ə yaxın qardaşımız yaralanıb. Bu ölənlərin 29-u uşaq və gəncdir. Dedik artıq bitdi. İndi biz mülayim muxaliflərlə Cerablusa gələcəyik dedik və girdik. Bitmədi, daha qabağa gedəcəyik. Hal-hazırda cənuba doğru enirik. Azezlə Firatın arasını birləşdirdilər. Buradakı xətt artıq terror dəhlizi olmayacaq. Biz istəyirik ki, Suriyalı qardaşlarımız ölkələrinə qayıtsınlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.