Fətullah Gülən Türkiyəyə qayıtmağa hazır olduğunu bildirib
23-09-2016, 21:33
Nurçular sektasının rəhbəri, Türkiyənin 15 iyul dövlət çevrilişinə cəhdin təşkilatçısı olmaqda ittiham etdiyi Fətullah Gülən bildirib ki. ABŞ hökumətinin müvafiq qərar çıxaracağı təqdirdə Türkiyəyə qayıtmağa hazırdır.
Virtualaz.org “Frans Press” agentliyinə istinadən xəbər verir ki, ZDF telekanalına müsahibəsində Gülən bildirib: “ABŞ müsbət cavab verərsə, gedəcəyəm, problem deyil”.
İstanbul məhkəməsi Fətullah Gülənin həbsi barədə qərar çıxarıb. Bundan sonra Türkiyə hökuməti ABŞ-a Gülənin ekstradisiyası ilə bağlı iki sorğu yollayıb.