Türkiyə parlamentinin deputatı Almaniyada saxlanıldı

24-09-2016, 02:18           
Türkiyə parlamentinin deputatı Almaniyada saxlanıldı
Türkiyə parlamentinin CHP-dən olan millət vəkili Mövlud Dudu Almaniyanın Frankfurt hava limanında saxlanılıb.

Avropa.info xəbər verir ki, Türkiyə parlamentinin xarici işlər Kkmissiyasının üzvü və CHP-dən olan millət vəkili Mövlud Dudu, Almaniyada Frankfurt hava limanında diplomatik pasportu olmasına baxmayaraq polis idarəsinə aparılıb.

Hadisəyə reaksiya göstərən Dudu bunun diplomatik nəzakətsizlik olduğunu deyib.

Yaşadığı hadisəni izah edən Mövlud Dudu,bir toplantıda iştirak etmək üçün, Almaniyaya getdiyini söyləyib.

Diplomatik posportum olmasına baxmayaraq, məni polis idarəsinə aparıb, sorğu-sual etdilər." Hara gedirsən? Hansı toplantıya qatılacaqsan? Bu görüşü kim təşkil etdi? Mövzusu nədir? Kimlər iştirak edir" kimi suallarla qarşılaşdım. Yalnız dönüş biletimi də təqdim etdikdən sonra, məni sərbəst buraxdılar. Mən bunun qərəzli olduğunu düşünürəm. Diplomatik posporta baxmayaraq edilən bu hərəkət açıq şəkildə qərəzdir. Mənim deputat olduğumu bilirdilər" deyə Dudu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.