Son dəqiqə: Türkiyə ordusu 320 PKK terrorçusunu məhv etdi - Rəsmi

26-09-2016, 01:28           
Son dəqiqə: Türkiyə ordusu 320 PKK terrorçusunu məhv etdi - Rəsmi
Türkiyənin Yüksəkova rayonu Kelyani Təpə bölgəsində axşam saatlarında həyata keçirilən hava hücumu nəticəsində terror təşkilatı PKK-nın 3 nümayəndəsi zərərsizləşdirilib. Hakkari bölgəsində isə isə bu ana qədər cəmi 320 terrorçu məhv edilib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin baş qərərgahından yayılan yazılı açıqlamada bildirilir.

Məlumata görə dünən Türkiyə vaxtı ilə saat 19:08-19:20 radələrində Kelyani Təpə ərazisində, Hava Qüvvələrinə məxsus təyyarələrlə hava hücumu həyata keçirilib. Bölgədəki bir silah mövqeyi və yaşayış sahəsi kimi istifadə edilən bir mağaranın məhv edildiyi hücumda, ilkin təsbitlərə görə 3 terrorçu məhv edilib.

Baş qərərgah əməliyyatların davam etdiyi, Hakkaridə isə bu ana qədər ümumilikdə 320 terrorçunun məhv edildiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.