MİT 20 minlik məxfi siyahını açdı: rəsmilər də var
27-09-2016, 10:20
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) daha 20 min FETÖ üzvünün “Baylok” gizli proqramından istifadə etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, MİT proqramdan istifadə edən təşkilat üzvlərinin adını istintaqa təhvil verib. Siyahıda yüksək vəzifəli dövlət rəsmilərinin də adı var.
Bu arada FETÖ lideri Fətullah Gülən proqramla bağlı tapşırıq verib. “Bütün üzvlərimiz “Baylok”dan istifadə etsin. Etməyənlər bizə xəyanət etmiş olacaq”, - deyən Fətullah Gülən Vatsap, Layn, Vayber kimi digər proqramların istifadəsini qadağan edib.
Xatırladaq ki, MİT bir müddət öncə “Baylok” sistemindən istifadə edən 53 min FETÖ üzvünü ifşa etmişdi.