Türkiyəli nazir:""Metsamor" bağlanmalıdır"

27-09-2016, 10:27           

Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.

“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, – deyə B.Albayrak bildirib.

Nazir xatırladıb ki, “Metsamor” 47 il əvvəl inşa edilib: “Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”. (APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.