Türkiyə Almaniyaya ikinci notanı göndərdi

27-09-2016, 11:06           

Türkiyə bir daha Almaniyadan Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel dövlət” (FETÖ) terror cərəyanının iki üzvünü verməyi tələb edib.

Trend bu barədə Türkiyənin “Anadolu” agentliyinə istinadən məlumat verir.

Agentlik Ankaradakı diplomatik korpuslara istinadən məlumat verir ki, hökumət Türkiyədə iyulda hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülən hərəkatı ilə sıx əlaqədə olan sabiq prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın ekstradisiyası üçün Almaniyaya ikinci notanı göndərib.

Məlumata görə, hər iki şəxsin Almaniyanın Frayburq şəhərində görünməsi barədə informasiyadan sonra Türkiyə Almaniyadan növbəti dəfə onları ektradisiya etməyi tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.