180 min FETÖ-çü hərəkətə keçdi

28-09-2016, 01:59           
180 min FETÖ-çü hərəkətə keçdi
“Yüz səksən min FETÖ üzvü xüsusi bir xəbərləşmə platforması ilə təşkilatlanıblar”.
Publika.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli ölkə mətbuatına açıqlamasında deyib.

Nurəddin Canikli Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatlardan narazı qalanların son günlərə qədər çox az olduğunu, onların sayının son 4-5 gündə artdığını bildirib.
Nazir müavini şikayət mətnlərinin böyük qisminin standart olduğunu ifadə edib.

“Bu da son dərəcə əhəmiyyətlidir. Bu, terror təşkilatının xüsusi xəbərləşmə platformasıdır. Yalnız çox xüsusi üzvlər bundan istifadə edə bilərlər və onların sayının 180 min olduğu təxmin edilir”, - o, vurğulayıb.
Nurəddin Canikli araşdırmaların davam etdiyini əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.