Ərdoğan TŞ-ni topladı: Bəyanat yayıldı - Yeniləndi

29-09-2016, 09:33           
Ərdoğan TŞ-ni topladı: Bəyanat yayıldı - Yeniləndi
ürkiyə Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında iclas keçirib.

Axar.az xəbər verir ki, mətbuata qapalı keçirilən iclas 6 saat davam edib.

Toplantı ilə bağlı bəyanat verilməsi gözlənilir.

İclasda Daxili İşlər naziri Süleyman Soylu, həmçinin ordu generalı Yaşar Gülər (Jandarma Baş komandanı kimi) ilk dəfə iştirak edib.

00:32

Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) bəyanat yayıb.

Bəyanatda Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar verildiyi bildirilib.

15 iyul gününün hər il "Demokratiya və Azadlıq Günü" elan edilməsi tövsiyə edilib.

Toplantıda həmçinin FETÖ, PKK, İŞİD və "Fərat qalxanı"nın müzakirə edildiyi qeyd edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.