Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Ankara Cümhuriyyət Prokurorluğunun qərarı ilə 2010-cu ildən bəri hərbi attaşe vəzifəsində çalışanlara qarşı əməliyyatlara başlanılıb. teref.az-nun məlumatına görə, Axar.az xəbər verir ki, bununla bağlı 300 nəfərlik siyahı tərtib edilib. Həmin siyahıda adıçəkilən şəxslərdən 40-nın saxlanıldığı və əməliyyatların davam etdiriləcəyi bildirilib. Qeyd edək ki, məsələ ilə bağlı ali hərbi dairələr məlumatlandırılıb.