Türkiyənin Ege Universitetində FETÖ istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı 11 nəfər həbs olunub.
Axar.az xəbər verir ki, onların arasında yüksək vəzifəli professorlar da var. Saxlanılanlar FETÖ-ya xəbər göndərməkdə, bu terror qruplaşması ilə əlaqə qurmaqda ittiham edilir.
İstintaq sənədlərində 23 nəfərin adı olsa da, onlardan 12-i axtarışdadır.
İzmir Respublika Baş Prokurorluğunun yaydığı açıqlamada əməliyyatların davam edəcəyi bildirilib.