Türkiyənin ədliyyə naziri: “Fətullah Gülən ABŞ-dan qaçmaq istəyir”
4-10-2016, 14:39
“Fətullahçı Təşkilatın başçısı Fətullah Gülən ABŞ-dan qaçmaq üçün dövlət axtarır”. “Heber7″yə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfində F.Gülənin ABŞ-dan çıxıb, sığınmaq üçün yeni ölkə axtardığı haqda məlumat var. Nazirin sözlərinə görə, FETÖ başçısı 3 ölkəyə sığına bilər. (Report)