Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb

5-10-2016, 10:02           
Türkiyədə hərbi baza raket atəşinə tutulub: 1 hərbçi şəhid olub, 5-i yaralanıb
PKK terrorçuları Türkiyənin Diyarbakır əyalətində hərbi bazanı raket atəşinə tutublar.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Lice və Bingölün Gənc rayonları arasındakı Habalı bölgəsində baş verib.
Nəticədə 1 baş leytenant şəhid olub, 5 hərbçi yaralanıb. Yaralılar Diyarbakır şəhərindəki müxtəlif xəstəxanalara çatdırılıblar.
Bölgəyə “Təcili tibbi yardım” maşınları və əlavə qüvvələr cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.