Gülən şəbəkəsinin imamlarına qarşı əməliyyat - 26 nəfər həbs olundu

5-10-2016, 14:41           
Gülən şəbəkəsinin imamlarına qarşı əməliyyat - 26 nəfər həbs olundu
Türkiyədə hüquq mühafizə orqanları Gülən camaatının ordu və kəşfiyyat (MİT) daxilindəki imamlarına qarşı 31 vilayətdə əməliyyat başladıb.

Avropa.info xəbər verir ki, Türkiyə ordusu və MİT daxilində təşkilatlanmış imamlara qarşı başladılan genişmiqyaslı əməliyyat çərçivəsində 26 nəfərin saxlanıldığı bildirilir..

Əldə olunan məlumata görə FETÖ-yə qarşı başladılan istintaq çərçivəsində 101 nəfərin haqqında həbs qərarı verilib və onlardan 26-sı artıq həbs olunub.

Ankara Prokurorluğunun təlimatıyla FETÖ-nün ordu və MİT-dəki imamlarına qarşı istintaq başladılıb. İstintaq çərçivəsində 31 vilayətdə xidmət edən 101 nəfər haqqında həbs qərarı verilib.

Hazırda əməliyyatın davam etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.