Macarlardan Türkiyəyə qardaş qərarı - Atillanın nəticələri köklərinə xəyanət etmədi
5-10-2016, 14:54
Macarıstan parlamenti qondarma “erməni soyqırımı” barədə qanun layihəsini rədd edib Ermənilərin yalançı iddialarını ölkə parlamentinə Macarıstanın yaşıllar partiyasının təmsilçiləri təqdim ediblər. Layihə barədə erməni mətbuatına LMP (“Siyasət fərqli ola bilər”) partiyasının nümayəndəsi Peter Unqar məlumat vermişdi. O, parlamentdə azlıq təşkil etdiklərini (“yaşıllar” Macarıstan Milli Assambleyasında 199 yerdən cəmi 5-ni tutublar) və Macarıstan və Türkiyə dövlətləri arasında qardaş ölkə münasibətlərinin olduğunu bildirərək, qətnamə layihəsinin əllərində qalacağından çəkindiyini bildirmişdi. Ermənipərəst deputatın niyyəti yalnış olsa da, proqnozu düz çıxıb – qədim hun diyarı olan Macarıstanın milli parlamenti təxribatçı qanun layihəsini geri göndərib. Bu rədd etmədə isə əsas qüvvə Macarıstan parlamentində heç də az söz sahibi olamayan sağ millətçi partiya JOBİK-in böyük rolu olub.