Türkiyə son nöqtəni qoydu - İraq gərginliyi

5-10-2016, 23:19           
Türkiyə son nöqtəni qoydu - İraq gərginliyi
Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş İraq parlamentinin türk ordusunun Başika düşərgəsindəki fəaliyyətini qəbuledilməz saymasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Qurtulmuş İraq tərəfinə, eləcə də dünya ictimaiyyətinə Mosulun işğalını xatırladıb.

“Türkiyə Mosulun işğalından sonra məcbur qalıb Başikaya ordu yeritdi. Mosul İŞİD tərəfindən işğal olunanda İraq hökuməti harada idi? Eyni zamanda, İraqın bir çox şəhəri işğal olunanda beynəlxalq ictimaiyyət hara baxırdı? Bizim Suriya və İraqdakı varlığımızın altında heç bir işğalçılıq niyyəti yoxdur. Türkiyə İraq ilə terrorçuların məhv edilməsi istiqamətində istənilən işbirliyinə hazırdır. Başika məsələsində isə hər hansı mübahisə ola bilməz. Türkiyə buna imkan verməyəcək”, - deyə Numan Qurtulmuş son nöqtəni qoyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.