Azərbaycanlı professor Aygün Attar Türkiyə baş nazirinin danışmanı təyin olundu

6-10-2016, 10:52           

teref.az-nun əldə etdiyi məlumata görə əski Giresun universitetinin rektoru həmyerlimiz professor A.Attar Türkiyə Cümhuriyyətinin Baş naziri B.Yıldırımın baş danışmanı görəvinə təyin olunub.
teref.az oplaraq onuda bildirmək iostəyirik ki, Aygün xanım Azərbaycanın işğal altında olan Qubadlı rayonunda anadan olub. O Qarabağ döyüşlərində batalyon komandiri olmuş Adil Həşimovun və bu savaşda döyüşçü kimi ad qazanmış Aqil Həşimov qardaşlarının bacısıdır. Qeyd etməkm istəyirik ki, əldə etdiyimiz məlumata görə Aqil Həşimov bir müddət "Boz Qurd" batalyonunun nəzdində əməliyyatlarda iştirak edib .
İnanırıq ki, bu təyinat Türkiyə Azərbaycan qardaşlığına daha bir güclü zəmin olacaq.
teref.az onuda vurğulamaq istəyir ki, Aygün xanım həmişə Azərbaycanın ioşğal olunmuş torpaqları məsələsində Azərbaycanın haqq səsini dünyay çatdırmaq üçün əlindən gə\lən bütün vasitələrdən istifadə edib.
Biz sevimli bacımız Aygün xanımı bu ağır və məsuliyyətli vəzifəyə təyinatı münasibəti ilə ürəkdən təbrik edirik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.