Nobel mükafatçısı Türkiyə üçün ağladı -TƏSİRLİ FOTO
8-10-2016, 00:31
Ötən il kimya üzrə Nobel mükafatını qazanan türkiyəli professor Əziz Sancar virtual olaraq qatıldığı beynəlxalq festivalda ölkəsi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.
Moderator.az xəbər verir ki, alimin çıxışı zaldakıları da kövrəldib və sonra hamı Əziz Sancarı ayaq üstə alqışlayıb. Nobel mükafatlı alim indiyə qədər qazandığı bütün elmi mükafatları, hətta Nobel mükafatını belə Türkiyədəki sülh üçün qurban verməyə hazır olduğunu bildirib: Həyatım boyu qazandığım bütün elmi uğurları, mükafatları Nobel də daxil olmaqla, hamısını Türkiyədə yaranacaq sülh üçün qurban verərdim. Sülhə çatmanın bir yolu olsaydı, mən mütləq bunu edərdim. Nobel mükafatından da imtina edərdim. Yetər ki, ölkəmdə sülh olsun”.