Türkiyə saytının xətası: Azərbaycan prezidentinin adı səhv yazıldı

8-10-2016, 13:14           

ürkiyənin hilalhaber.com xəbər saytı Azərbaycan prezidenti İlham Əliyevin fotoşəkli üzərində adını səhv göstərib.

A24.Az xəbər verir ki, hilalhaber.com dünən prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Azərbaycan Nazirlər Kabinetinin iclasında dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik edən böyük dövlətlərə yönəlik tənqidi fikirlərini işıqlandırıb. Azərbaycan prezidentinin çıxışını ətraflı işıqlandıran sayt materialın təqdimatında ciddi sayılacaq qüsura yol verib. Yazıda prezident İlham Əliyevin fotosu yerləşdirilsə də, şəklin üzərinə “Haydar Aliyev’den Avrupa’ya sert çıkış” sözləri həkk olunub. Bunu türkiyəli həmkarlamızın mexaniki səhvi kimi qiymətləndirmək mümkün olsa da, materialın dərcindən iki saata yaxın vaxt keçməsinə baxmayaraq, bu yanlış hələ aradan qaldırılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.