Fətullah Gülənin 15 milyardına əl qoyuldu…

8-10-2016, 16:20           
Fətullah Gülənin 15 milyardına əl qoyuldu…
Məktəb, yurd və vəqflər də daxil olmaqla, FETÖ şəbəkəsinə aid 15 milyard (təxminən 4.9 milyard dollar) lirə dəyərində daşınmaz əmlak dövlətin hesabına keçib.Axar.az xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Məhməd Özhaseki deyib.
“Maliyyə xəzinəmizə indiyə qədər 3 min 333 ədəd daşınmaz əmlak daxil olub. Vəqflər Müdürlüyünə isə 2 min 86-sı həvalə edilib. Dostlarımızın sayəsində isə diqqətimizdən yayınan 176 mülk də dövlətin hesabına keçib. Bundan əlavə, çıxarılan hökmlərə görə 155 min mülk də blok edilib”, – Özhaseki bildirib.
Qeyd edək ki, 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ şəbəkəsinə aid mülk və idarələr dövlətin hesabına keçirilməyə başladı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.