Putindən Ərdoğanla görüş sonrası ilk açıqlama

11-10-2016, 00:06           
Putindən Ərdoğanla görüş sonrası ilk açıqlama
Rusiya bu işdə maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli həmkarı ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Ərdoğana məni dəvət etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bir çox məsələlər barədə fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərin normallaşma prosesini tamamlamaq üçün əlavə səy göstərəcəyik.

Xüsusilə bir məsələyə diqqətinizi cəlb etmək istəyərdim ki, Rusiya hökuməti Türkiyədən ixrac edilən və məhdudiyyət tətbiq edilən sitrus meyvələrinin rus bazarlarına çıxışına şərait yaradıb. Rusiyada kənd təsərrüfatı məhsulları istehsal olunmur və Türkiyədən bunları idxal edəndə bizim qiymətlərimizdə də endirim olacaq.

Türk tərəfdaşlarımızın Rusiya bazarlarına çıxışı açıqdır. 2015-ci ildə Türkiyədən ixracın həcmi 500 milyon dollar civarında idi. Dolayısı ilə mühüm qərarlar qəbul olundu. Rusiya bu işdə maraqlıdır", - Putin qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.