Ərdoğan: "Qardaşımla bərabərik, çox xoşbəxtəm..." - Foto

11-10-2016, 09:40           

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra Speys TV müxbirinin sualını cavablandırıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Çox xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün də çox xoşbəxtəm.

Prezident İlham Əliyev: Biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Biz birik, bərabərik, qardaşıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.