İraqdan Ərdoğana cavab: "Atəşə benzin tökür"

12-10-2016, 00:39           
İraqdan Ərdoğana cavab: "Atəşə benzin tökür"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Heydər Abadiyə “səviyyəsiz” deməklə atəşə benzin tökür.

Axar.az xəbər verir ki, bunu Abadinin sözçüsü Saad Haditi deyib.

“Türkiyə hüquq və təhlükəsizlik məsələsini şəxsi problemə çevirir. Görünür rəsmi Ankara problemi həll etməkdə ciddi deyil”, - Haditi bildirib.

Qeyd edək ki, Ərdoğan Abadinin Başikadakı türk ordusu ilə bağlı tənqidlərinə cavab olaraq onu səviyyəsiz adlandırmış və bağırmamağı məsləhət görmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.