“Türkiyə Rusiyadan bu silahı ala bilər” – Türkiyəli General
12-10-2016, 01:15
Ankaranın Rusiyadan havadan müdafiə sistemləri alması Türkiyənin təhlükəsizliyi üçün önəmli olar.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının Kəşfiyyat Komitəsinin keçmiş sədri, general İsmayıl Haqqı Pekin deyib.
O, NATO-nun Türkiyəyə müdafiə qabiliyyətini itirmiş köhnə sistemləri verdiyini bildirib:
“ABŞ və Qərb ölkələri daha əvvəl istifadə etdikləri və texnoloji cəhətdən geri qalan modelləri bizə verirlər. Eyni zamanda şifrəli sistemləri verməkdən imtina edirlər. Bu səbəbdən biz sözügedən sahədə texnoloji cəhətdən inkişaf əldə edə bilmirik. Əgər Rusiya bizə S-400 və yaxud digər sistemləri verərsə, NATO-nun nə deyəcəyi önəmli deyil. Onsuzda NATO-nun müdafiə sistemləri bir-birilə inteqrasiya olmur”.
Qeyd edək ki, Türkiyə hökuməti sözügedən havadan müdafiə sistemlərini Çindən almağı planlaşdırsa da, sonradan NATO-nun təkidi ilə imtina etmişdi.
Hazırda həmin son modern silahları Ankaranın Rusiyadan alacağı ilə bağlı məlumatlar yayılıb.