Həyat yoldaşım 23 ildə ilk dəfə məni təhdid etdi - Çavuşoğlu

12-10-2016, 18:13           
Həyat yoldaşım 23 ildə ilk dəfə məni təhdid etdi - Çavuşoğlu
Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkədə edam cəzasının yenidən bərpa olunması ilə bağlı müzakirələrin getdiyi vaxtda həyat yoldaşı ilə arasında yaşanan maraqlı dialoqu paylaşıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu məsələ ilə bağlı həyat yoldaşının onu təhdid etdiyini etiraf edib:

“Mən şəxsən söyləyirəm. Edam cəzasının əleyhinəyəm. Həyat yoldaşım çevriliş cəhdinin səhərisi günü məni təhdid etdi. “Edam cəzası ilə bağlı sənin düşüncələrini bilirəm. Lakin fikrini dəyişsən səninlə münasibətlərimizi yenidən nəzərdən keçirəcəm”, - dedi. Mən heç nə demədim. 23 ildir evliyik, lakin həyat yoldaşım ilk dəfədir ki, məni təhdid etdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.