Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Prezidentin Mühafizə Alayı komandiri ilə 4 adyutantın həbs olunduğu əməliyyatdan sonra Prezident Sarayındakı polislərin də ifşasına yönəlik addım atılıb.
FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ankara Polisi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları Prezident Mühafizə İdarəsinin rəhbərliyində yer alan polis zabiti ilə 2 polis əməkdaşının da evində axtarış aparıb.
Başqa bir istintaqda da Sarayda xidmət etmiş polis məmuru İ.E. ilə daha əvvəl müvəqqəti olaraq Mamak Polis İdarəsinə təyin olunan komissar müavini S.K. yer alıb.
Digər tərəfdən, Milli Kəşfiyyat Təşkilatının hazırladığı 20 min nəfərlik "Bylock" siyahısında adlarının keçdiyi bildirilən Polis Baş İdarəsinin 3 dairə rəisi ilə 2 rəis müavini barədə hər hansı inzibati iş aparılmadığı qeyd edilir.