Ərdoğanın yeznəsi FETÖ-yə görə dindiriləcək

13-10-2016, 19:24           
Ərdoğanın yeznəsi FETÖ-yə görə dindiriləcək
Türkiyədə FETÖ ilə əlaqədar keçirilən istintaq tədbirləri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın yeznəsi ifadə verəcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyun hərbi çevrilişə cəhdini araşdırmaq məqsədi ilə qurulan Komissiya 27 oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeznəsi Ziya İlgenin dindirilməsi haqda qərar verib.

Qeyd edək ki, prezident Ərdoğan hərbi çevrilişə cəhdlə bağlı ilk xəbəri yeznəsindən öyrəndiyini bildirmişdi.

Bundan əlavə komissiya Türkiyədə hərbi çevrilişə cəhd olacağı haqda 14 iyun tarixində bu ölkəyə xəbərdarlıq edən Rusiya prezidenti Vladimir Putinin sözçüsü Aleksandr Qudin, keçmiş baş qərargah rəisləri Yaşar Büyükanıt, Hilmi Özkök, İşıq Koşaner, İlker Başbuğ, Necdet Özəl, keçmiş daxili işlər nazirləri Efkan Ala və idris Naim Şahin, Diyarbəkir Böyükşəhir Bələdiyyəsi rəisi Gültan Kışanak və Emin Arslanın da dindirilməsi barədə qərar qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.