ŞOK FIRILDAQ: Ölmüş anasının paltarlarını geyinib 2 il onun təqaüdünü aldı
14-10-2016, 00:29
Türkiyədə maraqlı bir hadisə yaşanıb. "Şərafəddin nənə" ləqəbli Şərafəddin Gencel, anası öldükdən sonra onun paltarlarını geyinib. O, bu yolla hər ay banka gedərək, anasının təqaüdünü alırmış.
Onun bu qeyri-adi fırıldağı 2 il çəkib. İki ildən onra rəsmi qurumlar Şərafəddinin anasının vəfat etdiyini anlayıblar. Bu qanunsuz əməlinə görə 14 ay həbs edilən Şərafəddin son sözləri belə olub: "Anamın paltarlarıyla 1 həftə ayna qarşısında məşq etdim. Qardaşımı belə aldatmışdım. Heç kim fərqinə varmadı".
Axtarışlar nəticəsində məlum ki, Şərafəddin Gencel anasının öldüyünü gizlətmək üçün, onu evin zirzəmisində basdırıbmış.