Qırğızıstanda prezident institutu ləğv olunur –Atambayev açıqladı

14-10-2016, 01:31           

Qırğızıstan yaxın zamanda prezident-parlament idarə üsulundan parlament idarə üsuluna keçəcək.

Bunu Gürcüstanda səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayev deyib.

Prezident qeyd edib ki, son 10 ildə Gürcüstanda baş verən demokratik dəyişikliklər qırğızlar üçün olduqca tanışdır:

“Qırğızıstan 25 ildir ki, özünün müstəqil dövlətini qurub. Ölkəmiz 2 dəfə ciddi və ağır sınaqdan keçib. Biz hazırda demokratik cəmiyyəti prezident–parlament üsuli idarəsi ilə möhkəmləndirməyə çalışırıq. Növbəti addımda isə ölkədə parlament idarə üsulunu yaratmağa cəhd edəcəyik”.

Qeyd edək ki, dəyişlikliyin dekabrın 11-də keçiriləcək referendumla aparılması nəzərdə tutulur.

Axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.