Türkiyədə hərbi maşınlar partladıldı: - 12 yaralı

14-10-2016, 13:33           
Türkiyədə hərbi maşınlar partladıldı: - 12 yaralı
Türkiyənin Hakkari vilayəti Şəmdinli rayonunun Təkəli kəndinin yaxınlığında PKK terrorçularının yola döşədikləri əldəqayırma partlayıcı qurğu işə düşüb.

Trend-in "Haber7"-yə istinadən verdiyi məlumata görə, nəticədə yoldan keçən hərbi maşın partlayıb, 4 hərbçi yaralanıb.

Digər analoji partlayış Vanın Başqala rayonunda da baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 8 hərbçi xəsarət alıb.

Bölgədə irimiqyaslı antiterror əməliyyatları başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.