Türkiyədə 11 PKK-çı yaxalandı 16-10-2016, 22:03 Türkiyənin Mardin vilayətində təşkil edilən əməliyyat zamanı 11 terrorçu yaxalanıb. Axar.az xəbər verir ki, bu barədə Mardin valiliyi məlumat yayıb. Əməliyyatın Jandarma Komandalığı və təhlükəsizlik qüvvələri tərəfindən birgə həyata keçirildiyi vurğulanıb. Terrorçulara aid xeyli silah-sursatın da ələ keçirildiyi bildirilib. Əməliyyatlar davam edir. Facebook-da paylaş