“Terrorçular partiya qərargahına hücum etməyə hazırlaşır” – Türkiyədə

17-10-2016, 09:19           
“Terrorçular partiya qərargahına hücum etməyə hazırlaşır” – Türkiyədə
Türkiyə Daxili İşlər Nazirliyi Qaziantepdə baş vermiş terror aktı ilə bağlı məlumat yayıb. teref.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, açıqlamada ölən iki kamikadzedən birinin İŞİD-in Qaziantep nümayəndəs olduğu qeyd edilir. Məlumatda 1 terrorçunun sağ olaraq ələ keçdiyi də yer alıb.

Məlumatda deyilir: “Gün boyu davam edən araşdırmalardan sonra ölən kamikadzelərdən birinin İŞİD-in Qaziantep nümayəndəsi Mehmet Kadir Cebael olduğu üzə çıxdı. Onun axtarışda olan həyat yoldaşı Fadile Cəbael və digər bir terrorçu həbs edildi. Əldə etdiyimiz məlumata əsasən, terrorçular Qaziantepdə ələvi kültür mərkəzi və HDP-nin qərargahına silsilə hücum təşkil etməyə hazırlaşır. Aldığımız bu məlumatdan sonra Şahinbəy kəndindəki Güneykənd məhəlləsində bir evə əməliyyat təşkil edildi”.

Qeyd edək ki, oktyabrın 16-ı, günorta saatlarında türk polisi daxil olan “canlı bomba” məlumatı əsasında Qaziantepin Şirinbay kəndində İŞİD-çilərin qaldığı evə əməliyyat təşkil edib. Polislərin içəri girdiyini görən terrorçular üzərlərində olan bombanı işə salıb. Nəticədə 3 polis şəhid olub, 5 polis və 4 suriyalı mühacir yaralanıb. Özünü partladan iki kamikadze isə ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.